Bu gün Azərbaycanın 18 yaşadək oğlan və qızlardan ibarət basketbol yığmaları Avropa çempionatında növbəti oyunlara çıxacaqlar.
Hər iki millimiz son oyunlarında Ermənistanla üz-üzə gələcək. Görüşlər Kosovonun paytaxtı Priştina şəhərində keçiriləcək.
C divizionunda mübarizə aparan oğlanlardan ibarət komandamız isə daha əvvəl Moldovaya (87:76) qalib gələrək yarımfinala vəsiqəni təmin edib.
Qızlardan ibarət kollektiv isə Albaniyanı (72:53) və Gürcüstanı (74:68 ) məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, qızlardan ibarət millimiz Bakı vaxtı ilə saat 16:30-da, oğlanlardan ibarət komandamız isə 18:00-da meydana çıxacaq.