Paris-2024: Qadın futbolçular start fitini gözləyirlər

Paris-2024: Qadın futbolçular start fitini gözləyirlər

Bu gün Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində qadınlar arasında futbol üzrə ilk turun görüşlərinə start veriləcək. Oyunlarda A, B, C və D qrupları üzrə matçlar keçiriləcək.

"Olimpnews.az" ilk turun təqvimini təqdim edir.

 24 iyul, Futbol (qadınlar)

Saat: 19:00 Kanada - Yeni Zelandiya

Saat: 19:00 İspaniya - Yaponiya

Saat: 21:00 Almaniya - Avstraliya

Saat: 21:00 Nigeriya - Braziliya

Saat: 23:00 Fransa - Kolumbiya

Saat: 23:00 ABŞ - Zambiya

Məlumat üçün bildirək ki, Olimpiya Oyunlarında futbol turniri iyulun 24-dən avqustun 10-dək keçiriləcək. Hazırkı çempion Kanada millisidir. Finalda Şimali Amerikalı qadınlar İsveç komandasına 1:1 (3:2 penaltilər) hesabı ilə qalib gəliblər. Olimpiya Oyunlarının ən titullu komandası dördqat çempion ABŞ millisidir.