İraqlı cüdoçu Sajjad Qanim Sehen Paris-2024 Yay Olimpiya Oyunları başlamazdan əvvəl dopinq testi verib. Beynəlxalq Test Agentliyi (ITA) məlumatına görə onun nəticələri müsbət çıxıb.
Qeyd edilir ki, idmançının nümunəsində qadağan olunmuş metandienon və boldenon maddələrinin izləri aşkar edilib. Hər iki dərman anabolik steroidlər kimi qeyd olunur. Nümunə iyulun 23-də Fransanın paytaxtı Parisdə müsabiqədənkənar antidopinq nəzarəti zamanı təqdim edilib. Nəticə iyulun 25-də WADA tərəfindən akkreditə olunmuş Paris laboratoriyası tərəfindən açıqlanıb.
Məsələ ilə bağlı idmançı məlumatlandırılıb və Ümumdünya Antidopinq Məcəlləsinə və BOK-un Antidopinq Qaydalarına uyğun olaraq məsələ həll olunana qədər idmandan müvəqqəti olaraq kənarlaşdırılıb. Bu o deməkdir ki, idmançıya Paris-2024 Olimpiya Oyunları zamanı yarışmaq, məşq etmək və ya hər hansı fəaliyyətdə iştirak etmək qadağandır.