Paris-2024: Sablyaçımız ilk mərhələdə çinli idmançı ilə qarşılaşacaq

Paris-2024: Sablyaçımız ilk mərhələdə çinli idmançı ilə qarşılaşacaq

Paris-2024 Yay Olimpiya Oyunlarının qılıncoynatma yarışlarında ölkəmizi təmsil edəcək sablyaçımız Anna Baştanın ilk rəqibi müəyyənləşib. Mübarizəyə 1/16 final mərhələsindən başlayacaq təmsilçimizin ilk rəqibi çinli Yanq Henqyu olacaq. 

Bu mərhələnin ilk oyunları iyulun 29-da təşkil olunacaq. 

Qeyd edək ki, avqustun 11-dək davam edəcək  Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan komandası 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunur.