Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən cüdo yarışları üçün seçilən Şamp-de Mars Arenanın tatamisində problem yaranıb. Məhz bu səbəbdən döşəmə sökülüb. Əvəzində yeni döşəmə sifariş edilib.
“Mən Parisə böyük həvəslə gəlmişəm. Lakin cüdo üçün hazır olmayan şərait bizi narahat edir. Fransa cüdo ölkəsidir. Ona görə də ümid edirəm ki, hər şey öz həllini tapacaq”, - deyə Beynəlxalq Cüdo Federasiyasının (IFJ) prezidenti Marius Wieser LÉquipe nəşrinə bildirib.