Fransalı meteoroloq Patrik Marlier Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimi zamanı paytaxtda güclü yağışın gözlənildiyini bildirib. “Yağışın yağacağı qaçılmazdır. Səhərdən başlayan yağış axşam saatlarında da arta bilər.
Biz 25-30 mm-ə qədər yağıntı gözləyirik. Müqayisə üçün qeyd edək ki, bu, cəmi bir neçə saat ərzində 15 günlük yağıntıya bərabərdir”, - RMC Sport Marlierin sözlərindən sitat gətirir.
Məlumat üçün bildirək ki, 2024-cü il Olimpiadasının açılış mərasimi Sena çayında təşkil ediləcək. İdmançıların paradı qayıqlarda mərasimin yekun şousunun planlaşdırıldığı Austerlitz körpüsündən Trocaderoya qədər 6 kilometrlik marşrut boyunca nəzərdə tutulub.
Oyunların açılış mərasimi bu gün Bakı vaxtilə ilə saat 21:30-da başlayacaq.