Fransalı atlet Sounkamba Sylla hicab taxdığı üçün Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasiminə buraxılmadığını bildirib. "Le Parisien" qəzeti Syllanın sosial şəbəkə hesabında - "Ölkənizdə keçirilən Olimpiya Oyunlarında iştirak etmək üçün seçildiniz. Lakin baş örtüyü taxdığınız üçün açılış mərasimində iştirak edə bilməzsiniz", - paylaşımından sitat gətirib.
Fransalı atlet baş örtüyünə görə açılış mərasimindən uzaqlaşdırılıb