Fransanın idman naziri Ameli Oudea-Kastera güclü yağışın Paris-2024 Yay Olimpiya oyunlarının açılış mərasimi zamanı manne olmayacağına inanır.
“Biz aylardır bu günü gözləyirik. İnanırıq ki, zəhmətimiz hədər getməyəcək. Əminəm ki, yağışın heç bir təsiri olmayacaq. Bu möhtəşəm şounun keyfiyyəti aşağı düşməyəcək”, - deyə RMC Sport nazirin sözlərindən sitat gətirir.