Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları davam edir. Oyunların dördüncü günündə Azərbaycan komandasının 5 idmançısı mübarizəyə başlayacaq.
Təmsilçilərimiz badminton, cüdo, güllə atıcılığı və akademik avarçəkmə növündə qüvvələrini sınayacaqlar.
İdmançılarımızın yarış proqramını təqdim edirik:
27 iyul saat 10:30
Badminton (qadınlar), N qrupu, ilk matç
Keişa Fatimə Zəhra - Bing Jiao He (Çin)
27 iyul saat 12:00
Cüdo (qadınlar), 1/16 final
Leyla Əliyeva - Xalimojon Kurbonova (Özbəkistan)
Cüdo (kişilər), 1/8 final
Balabəy Ağayev - Simon Zulu (Zambiya)/Von Jin Kim (Cənubi Koreya) cütünün qalibi
27 iyul saat 12:30
Güllə atıcılığı (kişilər), təsnifat mərhələsi
Ruslan Lunyov (10 m, pnevmatik tapança) – ilk 8 yeri tutan idmançı növbəti mərhələyə yüksələcək.
27 iyul saat 13:00
Akademik avarçəkmə (qadınlar)
Diana Dımçenko (2000 m, fərdi) – 5-ci zolaqda yarışacaq. Zolaqlarda ilk 3 yeri tutanlar 1/4 finala yüksələcək.
Rəqibləri: Desislava Angelova (Bolqarıstan), Ti Hue Fam (Vyetnam), Aleksandra Foster (Almaniya) və Saiyidah Ayşe Binte Mohammed Rafai (Sinqapur)