Bu gün Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən cüdo yarışlarına start verilib.
Şan-de-Mars arenada keçirilən cüdo yarışlarının ilk günündə təmsilçimiz Leyla Əliyeva da tatami üzərinə çıxıb.
-48 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız 1/16 finalda Özbəkistan təmsilçisi Xalimajon Kurbanovla qarşılaşıb. Təəssüf ki, cüdoçumuz ilk görüşdə məğlub olaraq turnirlə vidalaşıb.
Qeyd edək ki, bu gün daha bir cüdoçumuz Balabəy Ağayev (-60 kq) də tatami üzərinə çıxacaq.