Ruslan Lunyov final mərhələsinə yüksələ bilmədi 

Ruslan Lunyov final mərhələsinə yüksələ bilmədi 

Bu gün Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində güllə atıcılığı üzrə yarışlara start verilib. Ölkəmizi bu idman növündə Avropa çempionumuz Ruslan Lunyov təmsil edib.
Atıcımız pnevmatik tapançadan 10 metr məsafəyə atəş açma yarışlarında hədəfi nişan alıb. 
Təəssüf ki, 33 iştirakçı arasında 24-cü olan R.Lumyov final mərhələsinə vəsiqə qazana bilməyib.
Qeyd edək ki, Ruslan Lunyov Paris Olimpiadasında 25 metr məsafə üzrə atəşaçma yarışlarında da iştirak edəcək.