Daha bir cüdoçumuz Paris Olimpiadasında mübarizəni dayandırdı 

Daha bir cüdoçumuz Paris Olimpiadasında mübarizəni dayandırdı 

Fransanın paytaxtı Parisdə təşkil olunan XXXIII Yay Olimpiya Oyunları çərçivəsində keçirilən cüdo yarışları davam edir. Bu gün cüdo üzrə yığma komandamızın daha bir üzvü Balabəy Ağayev (-60 kq) tatami üzərinə çıxıb. 
Mübarizəyə 1/8 final mərhələsindən başlayan idmançımız ilk görüşdə cənubi koreyalı Von Jin Kimlə qarşılaşıb. Təəssüf ki, idmançımız ilk görüşdə məğlub olaraq mübarizəni erkən dayandırıb. 
Xatırladaq ki, bu gün tatamiyə çıxan qadın cüdoçumuz Leyla Əliyeva (-48 kq) da ilk görüşdə məğlub olaraq olimpiadada çıxışını başa vurub.
Azərbaycan komandası Paris-2024-də 9 cüdoçu ilə təmsil olunur. 

Daha bir cüdoçumuz Paris Olimpiadasında mübarizəni dayandırdı  Daha bir cüdoçumuz Paris Olimpiadasında mübarizəni dayandırdı  Daha bir cüdoçumuz Paris Olimpiadasında mübarizəni dayandırdı  Daha bir cüdoçumuz Paris Olimpiadasında mübarizəni dayandırdı