Gürcüstanlı Nino Salukvadze Paris- 2024 Yay Olimpiya Oyunlarında pnevmatik tapançadan 10 metrdən atəş açmada uğursuz nəticə göstərib. O, 44 iştirakçı arasında 38-ci yeri tutaraq, finala vəsiqəni əldən verib.
Məlumat üçün bildirək ki, Salukvadze 1988-ci ildən etibarən Olimpiya Oyunlarında çıxış edir. Seulda keçirilən yarışlarda idmançı SSRİ yığma komandasının tərkibində yarışıb və 25 m tapançadan atəşaçmada Olimpiya çempionu adını qazanıb. 10 m tapançadan atəşaçmada isə gümüş medal əldə edib. 2008-ci ildə Pekin Olimpiadasında 10 metr məsafəyə atəşaçmada isə gümüş medala yiyələnib.