Jurnalistləri daşıyan avtobus qəzaya uğrayıb

Jurnalistləri daşıyan avtobus qəzaya uğrayıb

Paris- 2024 Yay Olimpiya Oyunlarının açılış mərasimindən sonra jurnalistləri daşıyan avtobus qəzaya uğrayıb. “Avtobus manevr edərkən yandan iri qara metal dirəyə çırpılıb. Toqquşma nəticəsində mən də daxil olmaqla bir neçə nəfərin yerə yıxıldığını görən sürücü şoka düşüb. Qolumda hələ də ağrılar var, amma ümumilikdə ciddi bir şey olmadığını düşünürəm”, - deyə Yaponiyanın “Yomiuri Shimbun” nəşrinin jurnalisti Vakako Yuki bildirib.