Hündürlüyə tullanma üzrə Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi, italiyalı Canmarko Tamberi Paris-2024-ün açılış mərasimi zamanı Sena çayında nikah üzüyünü itirib. "Il Messaggero" saytının məlumatına görə, Tamberinin nikah üzüyü bayrağı dalğalandırarkən barmağından sürüşüb. Gianmarco Tamberi 2009-cu ildən Chiara Bontempi ilə evlidir.
Nikah üzüyü Sena çayına düşüb