Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən cüdo yarışlarının ikinci gününə start verilib. Komandamızın üzvü Yaşar Nəcəfov da bu gün tatami üzərinə çıxıb. -66 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçumuz 1/16 final mərhələsində serbiyalı Straxinya Bunçiçlə qarşılaşıb. Rəqibinə məğlub olan cüdoçumuz olimpiada ilə erkən vidalaşıb.
Qeyd edək ki, Azərbaycan komandası Paris Olimpiadasında 9 (2 qadın, 7 kişi) cüdoçu ilə təmsil olunur.