Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən cüdo yarışlarının ikinci günü Azərbaycan idmançıları üçün başa çatıb.
"Şan-de-Mars" Arenada keçirilən yarışda daha iki cüdoçumuz Yaşar Məmmədov (-66 kq) və Gültac Məmmədəliyeva (-52 kq) tatami üzərinə çıxıb.
Təmsilçilərimizdən Yaşar Nəcəfov 1/16 final mərhələsində serbiyalı Straxinya Bunçiçlə qarşılaşıb. Rəqibinə məğlub olan idmançımız olimpiada ilə erkən vidalaşıb.
Komandamızın bayraqdarı Gültac Məmmədəliyevanın (-52 kq) da olimpiadadakı debütü uğursuz alınıb. Mübarizəyə 1/16 final mərhələsindən başlayan cüdoçumuz Anjelika Delqadoya (ABŞ) məğlub olub.
Qeyd edək ki, olimpiadanın növbəti günlərində Azərbaycan komandasının daha 5 cüdoçusu tatami üzərinə çıxacaq.
Paris-2024: cüdoçularımız günü medalsız başa vurdular