Paris-2024 Yay Olimpiya Oyunlarında çıxış edən badmintonçumuz Edi Reski Dviçayo növbəti oyununa çıxıb.
Təmsilçimiz qrupunun növbəti matçında danimarkalı Anders Antonsenlə qarşılaşıb. 
Görüş rəqib idmançının qələbəsi ilə başa çatıb - 0:2 (12:21, 14:21).
Bununla da, badmintonçumuz Paris Olimpiadası ilə vidalaşıb. 
Xatırladaq ki, Edi Reski Dviçayodan əvvəl qadın badmintonçumuz Keişa Fatimə Zəhra da olimpiadada çıxışını erkən başa vurmuşdu. 
 
             
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
         
                         
                         
                         
                         
                         
                         
                         
                        


 
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        