Paris-2024: Sərbəst güləşçimiz ilk görüşdə məğlub oldu

Paris-2024: Sərbəst güləşçimiz ilk görüşdə məğlub oldu

Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən güləş yarışları davam edir.

Sərbəst güləş yarışlarının ikinci günündə daha bir idmançımız Turan Bayramov xalça üzərinə çıxıb. 74 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 finalda albaniyalı Çermen Vəliyevlə qarşılaşıb.

Görüş rəqib idmançının 4:3 hesablı qələbəsi ilə başa çatıb. Albaniyalı idmançı finala çıxacaqı təqdirdə güləşçimiz sabah təsəlliverici görüşdə mübarizəsini davam etdirəcək.

Qeyd edək ki, bu gün mübarizəyə başlayan digər sərbəst güləşçimiz Georgi Meşvildişvili (125 kq) ilk mərhələdə qalib gələrək 1/4 finala vəsiqə qazanıb.