Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarını medalsız başa vurub. Buna səbəb 74 kq çəki dərəcəsində yer alan idmançımızn 1/8 finalda uduzduğu rəqibi - Albaniya təmsilçisi Çermen Valiyevin finala yüksələ bilməməsi olub. O, 1/4 finalda özbəkistanlı Razambek Camalova məğlubn olduğu üçün güləşçimizin mükafat əldə etmək şansı qalmayıb.