Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları davam edir.
Bədii gimnastika yarışlarının ikinci günündə qrup hərəkətləri üzrə komandalar mübarizəyə başlayıb.
Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət Azərbaycan millisi də ilk hərəkəti yerinə yetirib. Komandamız halqalarla çıxış edib.
Yığmamız bu hərəkətə görə 33,850 xalla qiymətləndirilib. Xalça üzərinə ikinci çıxan gimnastlarımız 2-ci yerdədir. Komandamız ikinci hərəkəti 3 lent və 2 topla gerçəkləşdirəcək.
Qeyd edək ki, təsnifat mərhələsində 14 yığma mübarizə aparacaq. İki hərəkətin cəmində ən yaxşı nəticəyə malik 8 komanda sabah keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.