Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən atletika yarışlarında yamaykalı Roge Stona diskatma üzrə mübarizədə qızıl medal qazanıb. Finalda o, Olimpiya rekordu ilə birinci olub - 70.00 m olub. Gümüş medalı ondan üç santimetr az atan litvalı Mikolas Alekne əldə edib. İlk üçlüyü 69,31 nəticə ilə avstraliyalı Metyu Denni qapayıb. Maraqlıdır ki, Alekna əvvəlcə atasına məxsus Olimpiya rekordunu yeniləsə də, növbəti cəhdində Stona bu nəticəni qabaqlayıb.