Niderlandlı üzgüçü ilk ikiqat Olimpiya çempionudur

Niderlandlı üzgüçü ilk ikiqat Olimpiya çempionudur

Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən açıq suda üzgüçülük yarışlarında qaliblər müəyyənləşib.  Avqustun 8-də niderlandlı Şaron van Rauvendaal 10 km məsafəyə açıq suda üzmədə qızıl medala layiq görülüb. O, bu məsafədə ilk ikiqat Olimpiya çempionu olub. Bundan əvvəl o, Rio-2016-da ilk qızıl medalını əldə etmişdi.

Məlumat üçün bildirək ki, qadınlar arasında açıq suda üzgüçülük yarışları ilk dəfə Pekin-2008 Yay Olimpiya Oyunlarının proqramına daxil edilib. Həmin vaxt bu növ üzrə ilk Olimpiya çempionu rusiyalı Larisa İlçenko olmuşdu.