Paris-2024: Kanadalı idmançılar sağlamlıqlarından şikatlənirlər

Paris-2024: Kanadalı idmançılar sağlamlıqlarından şikatlənirlər

Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən yarışlarda iştirak edən kanadalı idmançılar Oyunlar zamanı mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkdiklərini bildiriblər. İlk dəfə Olimpiada həyəcanı yaşayan 100 metr məsafəyə maneələrlə qaçış üzrə üçqat Kanada çempionu Mişel Harrison sağlamlığından şikayətlənir

“Bura gələn qədər sağlamlığımla bağlı heç bir narahatlıq hiss olunmurdu. Lakin indi mədəmdə ağrılar hiss edirəm. Bu səbəbdən də enerjim azalır, sinir sistemim isə pozulub", deyə  Harrison CBC kanalının müxbirinə məlumat verib.

Bundan başqa səkkiz saatlıq şiddətli qaytarma ilə mübarizə apardığını söyləyən qaçışçı və sprinter Zoe Sherar, sprinter Aaron Braun və  idman yerişçisi Evan Danfi də sağlımlığı ilə mübarizə aparan idmançılardandır.