"Hədəfim qızıl medal idi. Amma buradan əliboş dönmürəm".
Bu sözləri Paris-2024 Olimpiadasının bürünc mükafatçısı Həsrət Cəfərov (67 kq) deyib.
Yunan-Roma güləşçimiz qazanılan medalı yüksək qiymətləndirib:
"Məni dəstəkləyən və qələbəmə sevinən hər bir kəsə öz minnətdarlığımı bildirirəm. Bürünc medal qazandığım üçün xoşbəxtəm. Amma təbii ki, qızıl medalın sevinci bir başqa olardı. Şükürlər olsun ki, olimpiadadan əliboş qayıtmadım. Sanki güləşçilərimizin üzərində qara buludlar var idi, medal qazana bilmirdilər. İnşallah, digər güləşçilərimiz uğurun davamını gətirəcək".
Qeyd edək ki, Həsrət bürünc uğrunda Amantur İsmayılovla (Qırğızıstan) qalib gəlib.