Fevralın 9-dan 16-dək GürcüstanınBakuriani şəhərində XVII Avropa Gənclər Qış Olimpiya Festivalı keçiriləcək.42 ölkədən 1000-ə yaxın idmançının iştirak edəcəyi Bakuriani 2025-də Azərbaycan idmançısı da mübarizə aparacaq.
Festivaldaölkəmizifiqurlu konkisürmə idman növü üzrəLeyli Axundova təmsil edəcək.
Bu gün festivalda iştirak edəcək ilk nümayəndə heyətləri Gürcüstana səfər edəcək. İki gün sonra isə buzüstü hokkey üzrə ilk yarışın keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Bakuriani 2025 çərçivəsində Tbilisi, Batumi və Bakurianidə qış idmanının səkkiz növü üzrə yarışlar keçiriləcək.