Azərbaycan Basketbol Liqasında XVIII turun daha bir oyunu keçirilib. B qrupu çərçivəsində keçirilən oyunda "Gəncə" klubu "Ordu" kollektivi ilə qarşılaşıb. Gəncə İdman Sarayında keçirilən oyun meydan sahiblərinin 84:74 hesablı qələbəsi ilə başa çatıb. Tura martın 16-da yekun vurulacaq.