Azərbaycan Basketbol Liqasında XVIII turun oyunlarına yekun vurulub. Turun son matçında “Neftçi” NTD-ni məğlub edib. “Sərhədçi” İdman Mərkəzində keçirilən A qrupunun qarşılaşması "Neftçi"nin 76:64 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Quba" "Lənkəran"ı 95:84, "Şəki" "Sumqayıt"ı 104:96, "Gəncə" "Ordu"nu 95:84, "Sabah""Abşeron"u 99:64, "Naxçıvan" isə "Sərhədçi"ni 68:66 hesabı ilə məğlub edib.