Bolqarıstan çempionu da müəyyənləşib

Bolqarıstan çempionu da müəyyənləşib

Futbol üzrə Bolqarıstan çempionatının builki qalibi müəyyənləşib.   Razqradın “Ludoqorets” futbol klubu ölkə çempionatının qalibi olub. Komanda «Çerno More» ilə matçda qalib gələrək (2:0), vaxtından əvvəl çempionluq titulunu təmin edib. Bununla da klub Bolqarıstan çempionatında ardıcıl 14-cü qələbəsini qazanıb.

Qeyd edək ki, qazanılan titulların ümumi sayına görə, "Ludoqorets" (14) hazırda Bolqarıstan futbol tarixində yalnız paytaxt nəhəngləri - ÇSKA (31 çempionat) və "Levski"dən (26 titul) geri qalır.