Ustad ağırlıqqaldıranlarımız Avropa çempionatından 4 medalla qayıdırlar - FOTO/VİDEO

Ustad ağırlıqqaldıranlarımız Avropa çempionatından 4 medalla qayıdırlar - FOTO/VİDEO

Albaniyanın Dürres şəhərində ustad ağırlıqqaldıranlar arasında Avropa çempionatı keçirilir.
Olimpnews.az xəbər verir ki, yarışda 5 idmançı ilə təmsil olunan Azərbaycan komandasının 4 üzvü mükafatçılar sırasında yer alıb. Komandamızın heyətində Vaqif Müsadiq (81 kq) 70 yaşlı idmançılar arasında (M-70) qızıl medala layiq görülüb. O, birdən qaldırmada 72 kq, təkanla qaldırmada isə 90 kq çəkini ram edərək çempion tituluna sahib olub. 
Komandamızın digər üzvü Natiq Həsənov (96 kq, M-45) birdən qaldırmada 115 kq, təkanla qaldırmada isə 155 kq nəticə göstərək gümüş medala yiyələnib. 
Yığmamıza digər gümüş medalı M-45 yaş kateqoriyasında mübarizə aparan Eldar Məmmədov (109 kq) qazandırıb. Birdən qaldırmada 120 kq, çəkini ram edən atletimiz, təkanla qaldırmada 135 kq nəticə göstərib. 
Komandamızın sonuncu iştirakçısı Zülfüqar Süleymanov (67 kq, M-40) isə birdən qaldırmada 108 kq, təkanla qaldırmada 137 kq çəkini ram edərək komandamıza qızıl medala layiq görülüb. O, ümumi nəticədə 245 kq nəticə ilə həm Avropa çempionu adını qazanıb, həm də Avropa rekordunu yeniləyib. 
Qeyd edək ki, mayın 10-dək davam edən qitə çempionatında ölkəmizi hakim qismində beynəlxalq dərəcəli A kateqoriyalı hakim Elxan Süleymanov münsiflər heyətinin sədri kimi təmsil edir.

Ustad ağırlıqqaldıranlarımız Avropa çempionatından 4 medalla qayıdırlar - FOTO/VİDEO Ustad ağırlıqqaldıranlarımız Avropa çempionatından 4 medalla qayıdırlar - FOTO/VİDEO Ustad ağırlıqqaldıranlarımız Avropa çempionatından 4 medalla qayıdırlar - FOTO/VİDEO Ustad ağırlıqqaldıranlarımız Avropa çempionatından 4 medalla qayıdırlar - FOTO/VİDEO Ustad ağırlıqqaldıranlarımız Avropa çempionatından 4 medalla qayıdırlar - FOTO/VİDEO Ustad ağırlıqqaldıranlarımız Avropa çempionatından 4 medalla qayıdırlar - FOTO/VİDEO Ustad ağırlıqqaldıranlarımız Avropa çempionatından 4 medalla qayıdırlar - FOTO/VİDEO Ustad ağırlıqqaldıranlarımız Avropa çempionatından 4 medalla qayıdırlar - FOTO/VİDEO Ustad ağırlıqqaldıranlarımız Avropa çempionatından 4 medalla qayıdırlar - FOTO/VİDEO Ustad ağırlıqqaldıranlarımız Avropa çempionatından 4 medalla qayıdırlar - FOTO/VİDEO