Basketbol Liqası: Final seriyasında hesab bərabərləşdi 

Basketbol Liqası: Final seriyasında hesab bərabərləşdi 

Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının dördüncü oyunu keçirilib.  
"Olimpnews.az" xəbər verir ki, gərgin mübarizənin yaşandığı seriyanın budəfəki  oyununda "Neftçi" 84:66 hesablı qələbə qazanıb. Bununla da "ağ-qaralar" final seriyasında ümumi hesabı bərabərləşdirib -2:2.
Xatırladaq ki, bundan əvvəlki oyunlarda "Sabah" 94:89, 86:77 hesablı qələbələrlə seriyada önə keçsə də, üçüncü qarşılaşmada “Neftçi” 79:76 hesablı qələbə ilə fərqi azaltmışdı. Seriyada növbəti oyun mayın 10-d keçiriləcək. İlk dörd qələbə qazanan komanda Basketbol Liqasında 2024-2025-ci illər mövsümünün qalibi adını qazanacaq.