Basketbol Liqası: Bu gün çempionu adına aydınıq gələ bilər

Basketbol Liqası: Bu gün çempionu adına aydınıq gələ bilər

Bu gün Azərbaycan Basketbol Liqasının (ABL) çempionu adına aydınıq gələ bilər. 
“Sabah” və “Neftçi” komandaları arasında təşkil olunacaq final super seriyasının 6-cı oyununda birincilər qələbə qazanacaqları təqdirdə ardıcıl ikinci dəfə Liqanın qalibi olacaq. 
Bakı İdman Sarayında təşkil olunacaq oyuna saat 19:00-da start veriləcək. 
Xatırladaq ki, ilk beş oyundan sonra “Sabah” komandası seriyada “Neftçi”ni qabaqlayır -3:2. Reqlamentə əsasən super seriyada ən tez 4 qələbə qazanan komanda Azərbaycan Basketbol Liqasında (ABL) 2024/25-ci illər mövsümünün çempionu adını qazanacaq.