“"Son rəqsim" klublararası dünya çempionatında olacaq”

“"Son rəqsim" klublararası dünya çempionatında olacaq”

Madrid “Real”ının yarımmüdafiəçiai Luka Modriç dünən “Santiaqo Bernabeu” stadionunda son oyununa çıxıb. "Real Sosyedad"la matçdan (2:0) sonra 39 yaşlı xorvatiyalı futbolçu fikirlərini bildirib. "Mənim "son rəqsim" klublararası dünya çempionatında olacaq. Biz kuboku Madridə gətirmək və azarkeşlərimizlə birlikdə bayram etmək üçün hər şey edəcəyik. Dünyanın ən güclü klubunu bu kubokla bitirmək heyrətamiz olardı", - deyə AS nəşri Modriçdən sitat gətirib.

Qeyd edək ki, "Real"ın növbəti ay ABŞ-da təşkil olunacaq klublararası dünya çempionatının qrup mərhələsindəki H qrpundakı rəqibləri “Əl-Hilal”, “Paçuka” və “Salzburq” olacaq.