Eyni vaxtda həm Fransa həm də İtaliya çempionu oldu

Eyni vaxtda həm Fransa həm də İtaliya çempionu oldu

Hazırda PSJ klubunda çıxış edən gürcüstanlı cinah oyunçusu Xviça Kvaratsxeliya üçün bu mövsüm uğurlu keçir. Bu yaxınlarda PSJ-ilə Liqa 1-in qalibi olan futbolçu eyni zamanda İtaliya çempionu tituluna yiyələnib. O, “Napoli” A seriyasının son turunda medal qazanan futbolçulardan biri olub. Belə ki, Kvaratsxeliya mövsümün ilk hissəsini “Napoli”də keçirib. Serie A mövsümünün 17 oyununda Xviça 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Beləliklə, gürcü yanvarın ortalarında PSJ-yə getməzdən əvvəl bu çempionluqda pay sahibi olub. Dünən o, ölkə kubokunun finalında “Reyms”ə qarşı matçda daha bir titula yiylənib. Xviçanın daha bir final həyəcanı Çempionlar Liqasına təsadüf edəcək. O, mayın 31-də “İnter"lə matçına çıxacaq.