"Marsel"də çıxış edən mərkəz yarımmüdafiəçisi Adrien Rabio karyerasını İtaliya A seriyasında davam etdirə bilər. Olimpnews.az "Todofichajes" portalına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu ilə "Milan" klubu yaxından maraqlanır. Transfer dəyəri 25 milyon avro olan Adrienın hazırkı klubu ilə müqaviləsi 2026-cı ilin iyununun sonunda başa çatır.
“Milan” mərkəzi gücləndirmək istəyir
