Acun İlıcalı istefa verdi

Acun İlıcalı istefa verdi

“Fənərbağça” klubunun vitse-prezidenti Acun İlıcalı istefa verdiyini açıqlayıb. 
Olimpnews.az xəbər verir ki, bu barədə “Fənərbağça” klubu rəsmi sosial media hesabında paylaşım edib. “Sarı-lacivərdilər”in paylaşımında bu  ifadələr yer alıb: "2024-25-ci illər üçün İdarə Heyətinin üzvü, sədr vəzifəsini icra edən cənab Acun İlıcalı İdarə Heyətinin üzvü vəzifəsini tərk edir. Cənab Acun İlıcalı vəzifədə olduğu müddətdə idarə heyətimizə əvəzsiz töhfələr verdi və klubumuzun maraqlarına həmişə üstünlük verən yanaşması cəmiyyətimizdə yüksək qiymətləndirildi. Bu gün ona göstərdiyi fədakar xidmətlərə görə ona təşəkkür edirik və ona uğurlar və xoşbəxtlik arzulayırıq”.