Gümüş Avropa Liqasında mübarizə aparan kişi voleybolçulardan ibarət milli komandamız bu gün Lüksemburq yığması ilə qarşılaşıb.
Olimpnews.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən oyun rəqib komandanın qələbəsi ilə yekunlaşıb -0:3.
Xatırladaq ki, millimiz daha əvvəl İsveç komandasına 3:0 hesabı ilə məğlub olub, Gürcüstan yığmasına isə eyni hesabla qalib gəlib. Millimiz növbəti oyununu iyunun 15-də Macarıstan komandasına qarşı keçirəcək.