FIFPro (Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası) klublararası dünya çempionatının yeni formatda keçirilməsi ilə bağlı FİFA prezidenti Canni İnfantinonu tənqid edib.
Olimpnews.az xəbər verir ki, bu barədə qurum öz bəyənatını rəsmi internet səhifəsində yerləşdirib.
Bəyənatda deyilir: "Qlobal futbol bayramı kimi təqdim edilən bu "biabarçılığ"ın FİFA tərəfindən yaradılan və onun prezidenti tərəfindən təbliğ edilən, dialoq, həssaslıq və gündəlik işləri ilə oyunu dəstəkləyənlərə hörmət etmədən uydurmadan başqa bir şey olmadığı ortaya çıxdı. Turnir qəbuledilməz şəraitdə keçirildi. Nəzərinizdə olsun ki, bu vəziyyət oyunçuların fiziki təhlükəsizliyi üçün böyük təhlükə yaradıb".