İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyi davam edir.
Bu gün atletlərimizdən Lətif Əliyev U-15 kateqoriyasında mübarizəyə qoşulub. 71 kq çəki dərəcəsində yarışan təmsilçimiz birdənqaldırma hərəkətində 108 kq nəticə göstərərək qızıl medala sahib olub. Lətif təkanla qaldırma hərəkətində 129 kq çəkini başı üzərinə qaldırıb. Beləliklə, iki hərəkətin cəmində 237 kq nəticəyə imza atan atlet Avropa birinciliyinin gümüş medalını qazanıb.