Türkiyənin "Fənərbağça" klubu Kerem Aktürkoğlu transferində israrlıdır.
Olimpnews.az xəbər verir ki, İstanbul təmsilçisi türkiyəli futbolçu üçün Portuqaliyanın "Benfika" klubuna ilk rəsmi təklifini yollayıb.
"Sarı-lacivərdlilər" futbolçu üçün 22,5 milyon avro + 2,5 milyon avro təklif edib. Portuqaliyalılar Türkiyə təmsilçisinə heç bir cavab verməyiblər.
"Fənərbağça" Benfika"ya rəsmi təklif yolladı
