Beş çəki dərəcəsində boks üzrə keçmiş aemrikalı keçmiş dünya çempionu, kiçik Roy Cons ağır çəkidə ukraynalı dünya çempionu Aleksandr Usik və onun rəqibləri ilə bağlı fikirlərini bölüşüb.
"Mən hazırda onu məğlub edə biləcək rəqib tanımıram. Bir balaca Cozef Parker bunun ödəsindən gələ bilər. Parkerin əl sürəti var. O, daha yüngül döyüşçü kimi hərəkət edə bilir", - The Ring portalı 56 yaşlı boksçudan sitat gətirib.
Xatırladaq ki, bu il iyulun 20-də Londondakı “Uembli” stadionunda keçirilən döyüşdə Usik britaniyalı Daniel Dyubuaya beşinci raundda nokautla qalib gəlmişdi.
"Mən hazırda onu məğlub edə biləcək rəqib tanımıram"
