UFC prezidenti Dana Uayt ABŞ prezidenti Donald Trampla Ağ Evdə görüşündən danışıb. "İndi biz böyük bir layihənin başlanğıcındayıq. Qarşıda bizi çox iş gözləyir. Trampla mən təxminən 25 ildir dostuq. Söhbət siyasətdən getmir, o, həqiqətən mənim ömürlük dostum və böyük UFC fanatıdır. O, prezident olmamışdan əvvəl UFC turnirlərini izləyib", -deyə Dana Uayt qurumun sosial şəbəkə kanalında vurğulayıb.
Xatırladaq ki, 2026-cı il iyunun sonunda Vaşinqtondakı Ağ Evin ərazisində irimiqyaslı UFC turniri keçiriləcək. Tədbir ABŞ-ın Müstəqillik Günü bayramına təsadüf edəcək.