İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Ruben Amorim İkinci Dünya müharibəsindən bu günə qədər "qırmızı şeytanlar"ın tarixində ən zəif nəticələrə malik baş məşqçi olub.
Olimpnews.az xəbər verir ki, "mankunianlar" Amorimin başçılığı altında bütün turnirlər daxil olmaqla oyunların 36.2 faizinini qazanıb. Premyer Liqada çıxdığı matçlarda isə 25.8 faizlik qalibiyyət nəticəsi göstərib.
Ruben Amorimin kollektivi bu mövsüm Premyer Liqada 4 matçda 4 xal əldə edibbki, bu da növbəti uğursuzluq kimi göstərilir. Belə ki, Mançester təmsilçisi 1992-93 mövsümündə Aleks Ferqüssonun rəhbərliyi altında ilk 4 oyunda qazandığı 4 xaldan sonra ən pis başlanğıcdır.
Opta superkompüterinə görə Man United klubunun mövsüm Premyer Liqadan Çempionşipə düşmə ehtimalı — 11 faiz , turnir cədvəlinin ilk beşliyində olma ehtimalı isə 7,3% -dən bir qədər yüksəkdir.
Amorim "manikunianlar"ın ən zəif məşqçisi oldu
jpeg-1757966029.jpeg)