İspaniyanın "Xetafe" klubu sabiq kamerunlu müdafiəçisi Allan Nyomu yenidən heyətə cəlb edib.
Olimpnews.az AS portalına istinadən xəbər verir ki, futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Məlumat üçün bildirək ki, Nyom buna qədər 2019-2022-ci illərdə, eləcə də 2024-25 mövsümündə eyni klubda çıxış edib. Kamerunlu karyerasının böyük hissəsini İspaniyanın “Qranada”sında keçirib. O, həmçinin İngiltərənin “Uotford” və “Vest Bromviç Albion” klublarında forma geyinib. Müdafiəçi ölkə millisində 18 oyun keçirib, qol vurmayıb.