Futbol üzrə Azərbaycan Premyer Liqasında altıncı turun daha bir oyunu keçirilib.
Olimpnews.az xəbər verir ki, günün ilk oyununda "Turan Tovuz" və "Kəpəz" komandaları üz-üzə gəlib. "Azərsun Arena"da təşkil olunan oyun "Turan Tovuz"un 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Turan Tovuz" bu qələbə ilə xallarının sayını 12-yə çatdıraraq liderliyə yüksəlib. Xalı olmayan "Kəpəz" isə sonuncudur.