Ad günündə polislə üzləşib

Ad günündə polislə üzləşib

Dünən ABŞ-ın Nebraska ştatının Omaha şəhərində polis patrulu super orta çəkidə boks üzrə amerikalı çempion Terens Krouford avtombildə saxlayıb.

Olimpnews.az TMZ portalına istinadən xəbər verir ki, polis patrulu Kroufordu daşıyan avtomobili nizamsız idarə etdiyi üçün saxlayıb. Bundan əlavə polsi onun silahını müsadirə edib. Sənədləri yoxlanılandan sonra məlum olub ki, onun odlu silah gəzdirmək üçün icazəsi var. Boksçu sərbəst buraxılıb. Baş vermiş hadisə ilə bağlı o, şərh verməyib.

Qeyd olunur ki, həmin gün Trens öz ad gününü qeyd edib.