Sağlam həyat tərzinin təbliği istiqamətində görüş olub

Sağlam həyat tərzinin təbliği istiqamətində görüş olub

Lənkəran şəhər 10 saylı tam orta məktəbin şagirdləri ilə sağlam həyat tərzinin təbliği və inkişafı, eləcə idmana cəlb olunması istiqamətində görüş keçirilib.

Olimpnews.az xəbər verir ki, təşkilatçısı Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi olan tədbirdə sektorun müdiri Yusif Xamiyev, Azərbaycanın Həndbol Federasiyasının məşqçisi, Əməkdar bədən tərbiyəsi və idman xadimi Vidadi Əliyev, məşqçi-müəllim Fəzail Əbilov, məktəbin direktoru və kollektivi iştirak ediblər.

Görüş zamanı Yusif Xamiyev Prezident cənab İlham Əliyevin idmana göstərdiyi qayğıdan, hazırda Azərbaycanda keçirilən III MDB Oyunlarından, idmanın inkişafından, sağlam həyat tərzinin təbliğindən, səhər idmanın faydasından, Lənkəran şəhər Uşaq Gənclər İdman  Məktəbinin tərkibində fəaliyyət göstərən həndbol, ağırlıqqaldırma və boks idman növləri barədə, eyni zamanda Lənkəran Olimpiya İdman Kompleksində fəaliyyət göstərən idman növləri haqqında danışıb. O,  oktyabr ayında keçiriləcək “Üzməyi öyrənək” layihəsi barədə ətraflı məlumat verib.

Daha sonra çıxış edən Vidadi Əliyev həndbol idman növünün tarixindən, bu idman növünün insan sağlamlığı üçün faydasından, regionda həndbol bölməsinin fəaliyyətə başlaması, oraya cəlb olunmuş idmançılara göstərilən qayğı və dəstəkdən söz açıb.