Tayson Fyuri peşəkar döyüşə qayıdır

Tayson Fyuri peşəkar döyüşə qayıdır

Müxtəlif versiyalar (WBC, WBO, IBO, WBA Super, The Ring və IBF) üzrə ağır çəkidə keçmiş dünya çempionu Tayson Fyuri 2026-cı ildə yenidən rinqə qayıtmaq istəyir.
"Onunla keçən həftə danışdım. O, gələn il qayıdıb döyüşmək istəyir. Taysonu gözləyin”, - deyə onun promouteri Frank Uorren “The Ring” jurnalına müsahibəsində bildirib.
Xatırladaq ki, «Qaraçı kralı» ləqəbli boksçu bu ilin yanvarında peşəkar idmandan getdiyini elan etmişdi. Bununla belə, hələ yayın əvvəlində Fyuri gələn il Usik və ya Coşua ilə döyüşməkdə maraqlı olduğunu dəfələrlə bəyan edib.