UFC rəhbərliyi işçilərinə bu həftə sonu braziliyalı Çarlz Oliveyra ilə polşalı Mateuş Qamrot arasında döyüşün baş keçiriləcəyi Rio-de-Janeyroda spirtli içki qəbul etməməyi tövsiyə edib. «MMA Fighting» müxbiri Gilyerme Kruz məlumatına görə, xəbərdarlıq ölkə daxilində baş verən zəhərlənmə hadisələri ilə bağlıdır
Qeyd olunur ki, zəhərlənmələrə görə ölkə daxilində 200 hadisə təsdiqlənib, onlardan ən azı üçü ölümlə nəticələnib. Zəhərlənmələrin qəsdən olub-olmaması, yoxsa istehsalat qəzası nəticəsində baş verməsi hələ də bəlli deyil.
UFC rəhbərliyi işçilərinə xəbərdarlıq edib
