“Sanki bədənimin bir hissəsini itirmişəm”

“Sanki bədənimin bir hissəsini itirmişəm”

Yüngül çəkidə üçqat UFC çempionu Dastin Puarye peşəkar karyerasını başa vurduqdan sonra həyatında boşluq yarandığını bildirib.

"Hər gün yuxudan oyanan kimi özümü pis edirəm. İyirmi il davam edən işindən bir məqamda uzaq qalasan. Bu çətindir. Sanki bədənimin bir hissəsini itirmişəm”, - deyə Puarye sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Dastin Maks Holloeuy ilə döyüşdə məğlub olduqdan sonra peşakar idmandan getdiyini açıqlayıb